Menu
Geri İrəli

Azərbaycanda son zəngin tarixi açıqlandı

Müəllif: sumqayitxeber.com • Tarix: 12 May 2016 • Baxış sayı: 670 dəfə • Şərh yoxdur
Son zeng 300512Bu il son zəng iyunun 14-də çalınacaq. 
Bu barədə ANS PRESS-ə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov deyib. Onun sözlərinə görə, mövcud qanunvericiliyə uyğun olaraq və dünya təcrübəsini nəzərə alaraq dərs ilinin müddəti bu ildən etibarən iyun ayının 14-dək uzadıldığına görə, son zəng də həmin gün çalınacaq. 
Nazirlər Kabineti dərs ilinin artırılması ilə bağlı “Ümumtəhsil məktəbinin nümunəvi nizamnaməsi”nə hələ 2014-cü ildə dəyişiklik edib. Bu dəyişiklik bu ildən etibarən məktəblərə tətbiq olunub.
Dəyişikliyə əsasən ümumtəhsil məktəblərində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq.
Dərs ili iki yarımilə bölünüb, birinci yarım il sentyabrın 15-dən yanvarın 26-na kimi, ikinci yarımil fevralın 1-dən iyunun 14-nə kimi davam edəcək.
Dərs ili ərzində tətillərin tarixi aşağıdakı kimidir:
Payız tətili –  16 noyabr 20 noyabr
Qış tətili –     27 yanvar  31 yanvar
Bundan əlavə ibtidai siniflər üçün 5 günlük əlavə yaz tətili müəyyənləşdiriləcək. Bu tətil mayın 1-dən 5-nə kimi olacaq.
Təhsil Nazirliyindən verilən məlumata görə, bu müddət ərzində materialların tədrisi nisbətən məktəbdə asanlaşacaq. Bu da uşaqların xeyrinə olan bir məsələdir.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın