Menu
Geri İrəli

Azərbaycanlı gənc ədədlərin şifrəsini tapdı — 246 il sonra

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Aprel 2016 • Baxış sayı: 1,725 dəfə • Şərh yoxdur

610x380xsayilar.jpg.pagespeed.ic.Rp3fQJB94cTürkiyədə təhsil alan 11-ci sinif şagirdi azərbaycanlı Əşrəf Əlizadənin hazırladığı şifrələmə üsulu bütün dünyada istifadə edilən 246 illik Uilson teoremini daha bir üst səviyyəyə gətirib

Ölkə.Az xəbər verir ki, İzmirdə yaşayan riyaziyyat sahəsi üzrə məşhur azərbaycanlı professor Rəfael Əlizadənin 17 yaşlı oğlu Əşrəf Əlizadə riyaziyyatda önəmli bir uğura imza atıb. 11-ci sinif şagirdi olan Əlizadə ingilis alimi Con Uilsonun 1770-ci ildə sadə ədədlər üzərində yaratdığı teoremini 246 il sonra daha da inkişaf etdirib.

Əlizadə hazırladığı şifrələmə üsulu sayəsində məktəblilər arasında keçirilmiş araşdırma layihələri yarışmasında riyaziyyat sahəsi üzrə birinci yerə layiq görülüb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın