Menu
Geri İrəli

Bağlanan universitetin rektoru danışdı: “Müvəqqətidi…”

Müəllif: Sumqayitxeber.com • Tarix: 9 Sentyabr 2015 • Baxış sayı: 380 dəfə • Şərh yoxdur
img1893623“Bakı Asiya Universiteti mənim Təhsil Nazirliyinə müraciətim nəticəsində fəaliyyətini müvəqqəti dayandırıb”.
Bunu aznews.az –a açıqlamasında Bakı Asiya Universitetinin rektoru, professor Cəlil Nağıyev deyib.
O bildirib ki, müraciətin əsas səbəbi universitetdə təhsil alan tələbələrin sayının azlıq təşkil etməsidir: “Şöbələr, qəbul planı və tələbələr az idi. Gələcəyə qəbul planını artırmaq lazımdır. Hazırda 270 tələbə təhsil alır. Ümid edək ki, gələcəyə bu sıxıntı aradan qaldırılacaq. Tələbələrin sayı artdığı təqdirdə universitet fəaliyyətini bərpa edəcək”.
Qeyd edək ki, Bakı Asiya Universiteti Təhsil Nazirliyinə müraciət edərək, universitetin fəaliyyətinin müvəqqəti dayandırılması barədə bu ali məktəbin Elmi Şurasında qərar qəbul edildiyini bildirib.
Təhsil Nazirliyi tərəfindən universitetin xahişi təmin olunub və 8 ixtisas üzrə təhsil alan 270 tələbənin digər universitetlərdə təhsillərinin davam etdirilməsinə razılıq verilib.
Tələbələrin müvafiq ali təhsil müəssisələrinə yerləşdirilməsi mərkəzləşdirilmiş qaydada aparılacaq və proses sentyabrın 10-dək başa çatdırılacaq.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın