Menu
Geri İrəli

Bağlanmış universitetin tələblərinin köçürüldüyü ali məktəblər bəlli oldu – SİYAHISI

Müəllif: sumqayitxeber.com • Tarix: 10 İyul 2014 • Baxış sayı: 373 dəfə • Şərh yoxdur

tehsil_nazirliyi_06Onların hamısı özəl universitetlərdə təhsil alacaqlar
Təhsil Nazirliyi tərəfindən lisenziyası dayandırılan Azərbaycan İctimai-Siyasi Universitetinin (AİSU) tələbləri digər ali məktəblərə köçürülüblər. Bu barədə Lent.az-a ali məktəbin adını çəkilməsini istəməyən tələblərindən biri məlumat verib. Tələbələrin bir qisminin artıq digər özəl ali məktəblərə köçürülməyə başlanılıb.

Belə ki AİSU-nun Azərbaycan dili və ədəbiyyatı müəllimliyi xarici dil müəllimliyi, dünya iqtisadiyyatı və filologiya ixtisaslarında təhsil alan tələbələri Odlar Yurdu Universitetinə, ingilis dili və ədəbiyyatı müəllimliyi ixtisasında təhsil alanlar Bakı Asiya Universitetinə, ərəb dili və ədəbiyyatı müəllimliyi, jurnalistika ixtisasında təhsil alanlar Bakı Avrasiya Universitetinə, Regionşunaslıq ixtisasında təhsil alanlar Qərb Universitetinə, Maliyyə və eyni zamanda mühasibat uçotu ixtisasında təhsil alan tələbələr isə Təfəkkür Universitetinə köçürülüblər.

Qeyd edək ki, Təhsil Nazirliyi Azərbaycanda fəaliyyət göstərən İctimai-Siyasi Universitetin lisenziya müddətinin uzadılmaması, orada təhsil alan tələbələrin başqa ali məktəblərə köçürülməsi barədə qərar verib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın