Menu
Geri İrəli

BDU daha bir reytinq cədvəlində

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Oktyabr 2015 • Baxış sayı: 249 dəfə • Şərh yoxdur

t

Bakı Dövlət Universiteti Şərqi Avropa və Mərkəzi Asiyanın İnkişaf etməkdə olan ölkələrinin reytinq siyahısında yer tutub.

BDU-nun 83-cü yerdə qərarlaşdığı siyahını “QS World University Rankings” təqdim edib. Bakı Dövlət Universiteti artıq ikinci ildir ki, bu siyahıya düşür. Reytinqin tərtib olunmasında akademik heyətin rəyi, professor-müəllim heyətinin tələbələrin sayına nisbəti, işəgötürənlər arasında reputasiya, sitat gətirilmə indeksi, xarici müəllim və tələbələrin payı əsas meyar olaraq götürülür.

Qeyd edək ki, Bakı Dövlət Universiteti bu təşkilatın dünya ali məktəblərinin reytinqində də yer almışdı.

Xatırladaq ki, bu tədris ili ərəfəsində “Thomson Reuters” beynəlxalq media kompaniyasının göstəriciləri əsasında Round University Ranking tərəfindən hazırlanan reytinqində də BDU dünyanın 750 universiteti sırasında 656-cı yerdə qərarlaşmışdı. Türkiyənin Orta Doğu Texnik Universiteti tərəfindən təsis edilən Akademik Perspektivləri üzrə Beynəlxalq İnstitutnun (URAP) bu ilin iyun ayında açıladığı reytinqə görə də 2014-2015-ci illər üçün ən yaxşı universitetlərin siyahısına Azərbaycan universitetlərindən yalnız Bakı Dövlət Universiteti düşmüşdü.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın