Menu
Geri İrəli

Böyük Britaniyanın təhsil ekspertləri İqtisad Universitetində olub

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Aprel 2014 • Baxış sayı: 331 dəfə • Şərh yoxdur

25 aprel 2014 telebe rektor 10

Aprelin 25-də Böyük Britaniyadan  gəlmiş təhsil üzrə beynəlxalq ekspertlərdən ibarət nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində olublar. Univeristetin mətbuat xidmətindən lent.az-a verilən məlumata görə, Kembric universitetinin professoru Sidhartli Saxena, Böyük Britaniya parlamentinin üzvü Baronessa Simons, Böyük Britaniya – Azərbaycan Biznes Şurasının icraçı direktoru Lindsi Hovard, İngiltərənin “TVET UK” şirkətinin icraçı direktoru Metyu Anderson və digərləri nümayəndə heyətində təmsil olunublar.

 Universitetin rektoru, professor Ədalət Muradov qonaqlara universitetin yaranma tarixi, fəaliyyəti və beynəlxalq əlaqələri haqqında məlumat verib. Daha sonra xarici dil kafedrasının bazasında xarici dil mərkəzinin yaradılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və digər məsələlər müzakirə edilib.

 Bildirilib ki, azərbaycanlı tələbələr bəzi ixtisaslara daha dərindən yiyələnmək üçün xarici universitetlərə, xüsusi ilə də Kembric Universitetinə göndərilirlər. Qonaqlar Böyük Britaniya universitetləri ilə ADİU arasındakı münasibətlərin genişləndirilməsi və birgə elmi tədqiqatların aparılmasında maraqlı olduqlarını bildiriblər.

 Görüşdən sonra qonaqlar universitetin ÜTT istinad mərkəzi, Karyera mərkəzi, elektronlaşmış imtahan otağı, elektron kitabxana ilə tanış olaraq, tələbə-müəllim heyəti ilə görüşüblər.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın