Menu
Geri İrəli

Bu gün Bakı və Sumqayıtda şagirdlər imtahan verəcək

Müəllif: sumqayitxeber.com • Tarix: 23 May 2017 • Baxış sayı: 470 dəfə • Şərh yoxdur

muellimler imtahanDövlət İmtahan Mərkəzi (DİM) bu gün Bakı və Sumqayıt şəhərlərində monitorinq imtahanı keçirəcək.

Trend-in məlumatına görə, imtahan Bakı və Sumqayıt şəhərlərində yerləşən, reprezenatativ seçmə əsasında müəyyən olunan 206 məktəbdə 11-ci sinifdə təhsil alan şagirdlər üçün Azərbaycan dili və riyaziyyat fənlərindən keçiriləcək.

Monitorinq imtahanlarında 12522 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahan saat 10:00 da başlanacaq. Əvvəlcə riyaziyyat, sonra isə Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək. Riyaziyyat fənni üzrə imtahan 1 saat, Azərbaycan dili fənni üzrə isə 45 dəqiqə davam edir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın