Menu
Geri İrəli

Bu gün liseylə bağlı qanun qəbul ediləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 27 İyun 2014 • Baxış sayı: 322 dəfə • Şərh yoxdur

46336

Azərbaycan Respublikası Milli Məclisinin bu gün keçiriləcək növbədənkənar iclasının gündəliyinə çıxarılacaq məsələlər açıqlanıb.

ANS PRESS-in məlumatına görə, iclasın gündəliyinə 6 məsələ daxil edilib:

1. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.(ikinci səsvermə)

2. Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında (Əlcəzair şəhərində) Səfirliyinin təsis edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə

3. “Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında Bakı Fransız Liseyinin yaradılması və fəaliyyəti haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında

4. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə

5. Xaçmaz rayonunun Niyazoba kəndinin Niyazabad kəndi adlandırılması haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə

6. “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında məsələlər Milli Məclisin növbədənkənar iclasının gündəliyinə daxil edilib.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın