Menu
Geri İrəli

Bu gündən qeydiyyat başlayır

Müəllif: sumqayitxeber.com • Tarix: 25 İyun 2014 • Baxış sayı: 329 dəfə • Şərh yoxdur

ali mekteb 24

Bu gündən ali təhsil müəssisələrinin magistraturalarına qəbul olanların qeydiyyatı başlayır.

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzVision.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinin magistraturasına qəbul olanlar 2014-cü il iyunun 25-dən iyulun 10-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsindən qeydiyyatdan keçməlidirlər. Bakalavrlar qeydiyyatdan keçərkən tələb olunan sənədlər haqqında məlumatı daxil olduqları ali təhsil müəssisəsindən əldə etməlidirlər.

Yuxarıda göstərilən müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın