Menu
Geri İrəli

Bu il keçiriləcək buraxılış və digər imtahanların vaxtı açıqlanıb

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Fevral 2015 • Baxış sayı: 496 dəfə • Şərh yoxdur

Imtahan 060310

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015-ci ildə keçiriləcək buraxılış və digər imtahanların vaxtını açıqlayıb.

TQDK-nın mətbuat xidmətindənAPA-ya verilən xəbərə görə, buraxılış imtahanları peşə liseylərinə martın 15-də, 1-ci istiqamət (Bakı) iyunun 2-də, 2-ci istiqamət (region) iyunun 6-da,  3-cü istiqamət (region) iyunun  11-də, 4-cü istiqamət (region) üzrə isə iyunun 16-da keçiriləcək.

 

Eksternat imtahanı, əvvəlki il məzunlarının qəbul imtahanı, orta ixtisas təhsili müəssisələrinə (9 və 11 illik bazadan) və ali təhsil müəssisələrinə V qrup üzrə qəbul imtahanı isə iyulun 2-də təşkil ediləcək.

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə ərizə qəbulu (I- IV qruplar) 01- 30 aprel, ərizə qəbulu (V qrup) 5- 18 may, qabiliyyət tələb edən ixtisaslar üzrə seçmə tur (I qrup) 15– 30 aprel, qabiliyyət tələb edən ixtisaslar üzrə seçmə tur (V qrup) - 06- 19 may, Rus bölməsinin abituriyentlərinin Azərbaycan dili imtahanında iştirak etmək üçün qeydiyyatının aparılması 1- 31 mart tarixində olacaq.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın