Menu
Geri İrəli

Deputatlardan türk liseylərinin bağlanmasına MÜNASİBƏT

Müəllif: sumqayitxeber.com • Tarix: 20 İyun 2014 • Baxış sayı: 399 dəfə • Şərh yoxdur

Milli Məclisin bu gün keçirilən iclasında deputatlar Fazil Mustafa və Qüdrət Həsənquliyev bu günlərdə Azərbaycanda “Çağ Öyrətim” məktəblərinin və “Araz” kurslarının bağlanmasına münasibət bildiriblər.

Deputat F.Mustafa bildirib ki, həmin məktəblərin bağlanması strateji və tarixi səhvdir.

O qeyd edib ki, bir müddət sonra bu qərarın nə qədər yanlış olduğunu və Azərbaycan təhsilinə ağır zərbə vurduğuna şahid olacağıq: “Bilirsiniz, kampaniyaçılıq heç vaxt yaxşı olmayıb. Mən bir ingilis məktəbinin də bağlanmasının əleyhinəyəm. Son buraxılış imtahanlarının nəticəsi onu göstərdi ki, 53 faiz Ana dilindən 3 alıb. On minlərlə müəllim işsiz qalacaq. 3 ay ərzində bu qədər müəllimi hara, necə yerləşdirəcəklər? Onların əksəriyyəti işsiz qalacaq. Oturuşmuş bir təhsil şəbəkəsini bu formada dağıtmaq doğru deyildi. Heç olmasa, qəbulu dayandırardılar. Orada təhsil alanlar təhsilini davam etdirərdilər. Bu qərarın gələcək Azərbaycan təhsilinə bir zərbə vurduğunu görürəm və bunu indidən deməyi özümə mənəvi borc bilirəm”.

““Çağ” öyrətim şirkətinə məxsus litseylərin bağlanması vaxtında verilmiş qərardır”. Bunu  isə millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında çıxışı zamanı səsləndirib. Onun sözlərinə görə, orta məktəblərdə hər hansı dini və ideoloji təsirlər olmamalıdır.

“Orta məktəblər dövlətin nəzarətində olmalıdır. Bu baxımdan, ARDNŞ-nin bu məktəbləri bağlamaqla bağlı verdiyi qərarı alqışlayıram və bunu vaxtında və düzgün qərar hesab edirəm”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın