Menu
Geri İrəli

Dərslikdə daha bir ciddi səhv

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Oktyabr 2015 • Baxış sayı: 561 dəfə • Şərh yoxdur

610x380xs-722.jpg.pagespeed.ic.h2_otdF5UL

Məktəb dərsliyində aşkar olunmuş daha bir səhv neçə gündür ki, sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib.

Bu dəfəki səhv isə şagirdlər üçün həm də həyatı təhlükə yaradır. Çünki yanlışlıq yol hərəkəti qaydalarının öyrədilməsi ilə bağlıdır.

Balaca uşaqlara yolu dırnaqarası düzgün keçməyi öyrədən bu məlumat 2-ci sinif üçün “Həyat bilgisi” dərsliyində öz əksini tapıb. Fakt ictimaiyyətin ciddi narahatlığına səbəb olub.

Dərsliyin müəlliflərindən biri Gülər Mehdiyeva bu tapşırıqda səhvin olduğunu etiraf edib. Vurğulayıb ki, əslində şəkildə baxış istiqaməti düzgün göstərilib, sadəcə mətndə texniki səhv gedib.

Gülər Mehdiyeva deyir ki, bu dərslik 2014-cü ildə çap edilib və növbəti nəşrlərdə fakt mütləq aradan qaldırılacaq.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın