Menu
Geri İrəli

Dövlət hesabına 4 milyon dərslik çap edilib

Müəllif: Sumqayitxeber.com • Tarix: 19 Avqust 2015 • Baxış sayı: 285 dəfə • Şərh yoxdur

1439987345

Tədris ili üçün dövlət hesabına 4.095.370 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait çap olunub. Təhsil Nazirliyindən verilən məlumata görə, 2015/2016-cı tədris ilinə ölkənin ümumtəhsil məktəblərinin IV, VI və VIII sinifləri üçün 141 adda dərslik dərc edilib.   IV və VI siniflər üçün 71 adda 2033290 nüsxə dərslik və müəllimlər üçün metodik vəsait artıq yerlərə çatdırılıb. VIII siniflər üçün hazırlanmış 70 adda (2062080 nüsxə) yeni dərslik və müəllimlər üçün metodik vəsaitin isə yerlərə göndərilməsi prosesi davam edir.   Bir il öncədən 2016/2017-ci tədris ilinə ümumtəhsil məktəblərinin IX sinifləri üçün kurikulum əsasında 70 adda dərslik və müəllimlər üçün metodik vəsaitin hazırlanmasına (nəşrinə) dair 22 lot üzrə açıq tender elan olunub. Müsabiqənin oktyabrın sonunda yekunlaşdırılması nəzərdə tutulur.

(axar.az)

Facebook Şərhləndirmə:

Şərhinizi yazın