Menu
Geri İrəli

Dünyanın ən nüfuzlu universitetləri məlum oldu

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Mart 2015 • Baxış sayı: 723 dəfə • Şərh yoxdur

telebeİngilis təşkilatı “Taymz Hayə Edukeşn” (Times Higher Education-THE) dünyanın ən nüfuzlu universitetlərinin siyahısını açıqlayıb.

sumqayitxeber.com  Teleqraf qəzetinə istinadən xəbər verir ki, bu təşkilat dünya universitetlərini reytinqinə görə sıralayır. Siyahı 142 ölkədən ən az 15 illik təcrübəsi olan 10 min 507 alimin anket nəticələrinə görə tərtib olunub.

Dünyanın ən nüfuzlu 10 universitetini təqdim edirik

1. Harvard Universiteti (ABŞ)

2. Kembric Universiteti (Birləşmiş Krallıq)

3. Oksford Universiteti (Birləşmiş Krallıq)

4. Massaçusets Texnologiya İnstitutu (ABŞ)

5. Stenford Universiteti (ABŞ)

6. Kaliforniya Universiteti, Berkli (ABŞ)

7. Prinston Universiteti (ABŞ)

8. Yel Universiteti (ABŞ)

9. Kaliforniya Texnologiya İnstitutu (ABŞ)

10. Kolumbiya Universiteti (ABŞ)

Siyahıda dünyanın ən nüfuzlu universitetləri arasında Rusiyanın Lomonosov Moskva Dövlət Universiteti 25-ci yerdə, Sankt-Peterburq Dövlət Universiteti 81-ci yerdə qərarlaşıb.

Xatırladaq ki, keçən il Türkiyənin Orta Şərq Texniki Universiteti bu siyahıda yüzlüyə düşsə də, bu il siyahının ilk yüzlüyünə bu universitetin adı daxil edilməyib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın