Menu
Geri İrəli

Etiraz edən şagirdlər istəklərinə nail oldular

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 22 May 2014 • Baxış sayı: 288 dəfə • Şərh yoxdur

Foto-9

Monitorinqin nəticələri ləğv edilib.Bakı Şəhəri üzrə Təhsil İdarəsi Texniki Humanitar Liseydə şagirdlərin etiraz aksiyası keçirməsi barədə yayılmış xəbərlərə aydınlıq gətirib.Oxu.Az xəbər verir ki, İdarənin İctimaiyyətlə əlaqələr sektorundan Modern.az saytına verilən açıqlamada bildirilib:“Daha əvvəl qeyd olunduğu kimi, Texniki Humanitar Liseydə keçirilmiş monitorinq valideynlər tərəfindən narazılıqla qarşılanmış və sualların proqrama uyğun tərtib edilməməsi bildirilmişdi. Bu səbəbdən Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən suallar araşdırılıb və müəyyən sualların proqramdan kənar olması aşkarlanaraq və monitorinqin nəticələri ləğv edilib.Bu gün BŞTİ-nin müdir müavini Məmmədəli Kəsəmənli təhsil müəssisəsində olaraq bu qərarı pedaqoji kollektivin və valideynlərin diqqətinə çatdırıb.Liseydə etiraz aksiyasının keçirilməsi ilə bağlı bəzi kütləvi informasiya vasitələrində yayılan məlumatlar əsassızdır və həqiqətə uyğun deyil”.Xatırladaq ki, mayın 19-da Nəsimi rayonu, 20 Yanvar küçəsi 3-də yerləşən Texniki Humanitar Liseydə yuxarı sinif şagirdləri və onların valideynləri etiraz aksiyası keçiriblər. V-X siniflər arasında aparılmış monitorinqin suallarına etiraz edən şagirdlər direktor Simuzər Əliyevanın işdən çıxarılmasını tələb ediblər. Səs-küy salan şagirdləri sakitləşdirmək üçün hadisə yerinə polis əməkdaşları çağırılıb. Bundan sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Təhsil Nazirliyinin əməkdaşları da məktəbə gəliblər. Qeyd edək ki, Simuzər Əliyeva bu təhsil müəssisəsinin rəhbəri vəzifəsinə 3 ay əvvəl təyin edilib. O, bildirib ki, imtahanlardan keçməyən şagirdlər liseydən kənarlaşdırılacaq. Bu isə şagird və valideynlərdə qəzəb doğurub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın