Menu
Geri İrəli

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Avqust 2017 • Baxış sayı: 309 dəfə • Şərh yoxdur
Share Button
1502956641_25Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Sumqayıt şəhər 63 №-li “Venera” körpələr evi-uşaq bağçasında “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.
 Mərkəzin İctimaiyyətlə əlaqə və təbliğat sektorundan sumqayitxeber.com-a verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd müəllim və uşaqların fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, bağçalarda baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaqdır. Tədbirdə Sumqayıt Regional Mərkəzinin, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları, bağçanın müəllimləri və uşaqlar iştirak edib. Tədbirdə çıxış edənlər “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı”, “Sel və daşqın zamanı nə etməli”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Odsöndürən balonlardan istifadə”, “Dəm qazı”, “Çimərliklərdə təhlükəsizlik qaydaları” və “112” qaynar xətti” mövzularında məlumat veriblər. Sonda mövzulara dair suallar cavablandırılıb və maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları, bukletlər paylanılıb.

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib - FOTO

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib - FOTO

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib - FOTO

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın