Menu
Geri İrəli

Gələn ildən iyunda da dərs olacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 1 Aprel 2014 • Baxış sayı: 325 dəfə • Şərh yoxdur

mikayillll

Azərbaycanda növbəti dərs ilindən tədrisin müddəti uzadılacaq.
Növbəti dərs ilindən Azərbaycanda tədris müddətinin uzadılması gözlənilir.

Apa-nın xəbərinə görə, təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, tədris müddətinin artırılması ilə bağlı Təhsil Nazirliyi təklif irəli sürüb.

Onun sözlərinə görə, bu il tədris müddətinin başa çatmasına az qalıb və dərs ili planlaşdırılmış vaxtda başa çatacaq.

C. Bayramov qeyd edib ki, dərs müddətinin uzadılması tədris proqramları ilə bağlıdır və bunu dərs ilinin ortasında etmək düzgün olmaz: “Bizim apardığımız analizin nəticələri göstərdi ki, Azərbaycanda cəmi 32 tədris həftəsi var. Bu da çox aşağı göstəricidir. Digər ölkələrdə orta dərs müddəti 38 həftədir, bəzi ölkələrdə isə bu, 40-42-43 həftəyə çatır. Bu gün tədris proqramı kifayət qədər ağırdır, zaman inkişaf keçdikcə, illər ötdükcə bu yüngülləşmir. Biz isə tədris müddətini azaltmaqla, dərs yükünü artırırıq. Bu da bir çox halda valideynlərin haqlı narazılığına səbəb olur”.

Dərs müddətinin tədris ilinin əvvəlində və ya sonunda artırılmasına gəlincə, nazir müavini qeyd edib ki, bununla bağlı tam qərar hələ ki, qəbul olunmayıb.

Onun sözlərinə görə, böyük ehtimalla bu, dərs ilinin sonuna günlərin əlavə edilməsi hesabına artırılacaq.

Tədris ili ərzində dərs müddətinin 3 həftəyədək artırılması gözlənilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın