Menu
Geri İrəli

“Gənclər siyasəti bizi stimullaşdırır” mövzusunda tədbir keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Fevral 2015 • Baxış sayı: 593 dəfə • Şərh yoxdur
Share Button

Sumqayıtda yerləşən “Reduco” Tədris Mərkəzində “Gənclər siyasəti bizi stimullaşdırır” mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən Tədris Mərkəzinin koordinatoru Yunis Əliyev prezident İlham Əliyevin gənclərə qayğısından, ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən danışıb.  Koordinator bildirib ki, gənclərin yüksək təhsil alması üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılıb: “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” isə gənclərə dünyanın qabaqcıl ölkələrinin aparıcı təhsil ocaqlarında təhsil almağa imkan verdi”.

Mərkəzin meneceri Vüsal Məmmədov isə Azərbaycan Prezidenti yanında Gənclər Fondu barədə məlumat verərək hər bir gəncin ideyasını fərdi layihə şəklində həyata keçirməyin mümkünlüyünü bildirdi, tədbir iştirakçılarının layihə yazılışı ilə bağlı suallarını cavablandırdı.

IMG_7731

IMG_7729

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın