Menu
Geri İrəli

İkinci qəbul imtahanında bu qruplar üzrə daha çox abituriyent iştirak edəcək – SİYAHI

Müəllif: sumqayitxeber.com • Tarix: 23 May 2017 • Baxış sayı: 627 dəfə • Şərh yoxdur

Bu ilin yayında keçiriləcək ali məktəblərə qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlərə qeydiyyat üçün verilən müddət  başa çatıb. Qeydiyyat mayın 22-si saat 23:59-da yekunlaşıb.

Dövlət İmtahan Mərkəzindən Modern.az-a verilən məlumata görə, yay imtahanında iştirak edəcək abituriyentlərin sayı bəllidir.

I ixtisas qrupu üzrə Azərbaycan bölməsi 21340, rus bölməsi 2065 ümumilikdə 23405 nəfərdir.

II ixtisas qrupu üzrə Azərbaycan bölməsi 15894, rus bölməsi 1929 ümumilikdə 17823

III ixtisas qrupu üzrə Azərbaycan bölməsi 14953, rus bölməsi 1156 ümumilikdə 16109 nəfərdir.

IV ixtisas qrupu üzrə Azərbaycan bölməsi 3925, rus bölməsi 501 ümumilikdə isə 4426 nəfərdir.

Bütün qruplar üzrə və tam orta ixtisas

Elektron ərizələrində ali təhsil müəssisələrinin – ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarının birincisində iştirak etmək istədiyini qeyd etmiş abituriyentlər ikinci imtahanda da iştirak etmək istədikləri halda bu müddətdə  Dövlət İmtahan Mərkəzinin saytının “Abituriyentin elektron ərizəsi” səhifəsində qeydiyyatdan keçməli idilər.

Ümumilikdə isə  90618 abituriyent qeydiyyatdan keçib.

Elektron ərizələrində ali təhsil müəssisələrinin I-IV ixtisas qrupları üzrə yaz imtahanına qeydiyyatı olub yay imtahanına da qeydiyyatdan keçən abituriyentlərin sayı 53757-dir.

Təsdiq edilmiş elektron ərizələri olmayan və sonradan elektron ərizə doldurub qeydiyyatdan keçən abituriyentlərin sayı 5115-dir.

Təsdiq edilmiş elektron ərizədə qeyd olunmayan imtahan seçimlərinin elektron ərizəyə əlavə edən abituriyentlərin sayı 9264-dir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın