Menu
Geri İrəli

İKT Qadınlar Klubunun növbəti təlimi keçiriləcək

Müəllif: Sumqayitxeber.com • Tarix: 7 Sentyabr 2015 • Baxış sayı: 398 dəfə • Şərh yoxdur

Bakıda sentyabrın 20-də Azərbaycan Qadınlarının “Femmes Digitales”  İKT Klubunun “Summer Camp” tədbiri keçiriləcək.

Xeberler.az-ın məlumatına görə, yaxın günlərdə təşkilatın rəsmi internet səhifəsində tədbirin proqramı ilə tanış olmaq və qeydiyyatdan keçmək mümkün olacaq.
Xatırladaq ki, təşkilatın əsas məqsədi gənclər və xüsusilə qızlar arasında informasiya-kommunikasiya texnologiyaları sektorunu təşviq etmək məqsədilə orta məktəb və universitetlərdə maarifləndirici proqramlardan ibarət bir sıra ictimai tədbirlər keçirməkdir.
Klubun təsisçiləri arasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, B.EST Solutions, Microsoft, HP, Azercell, Bakcell, Azerfon, BBTV, AGAT, İTECA, Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi, ASAN, Mont, Cybernet, BestComp, İnfipro,  Milli Kart və Azərbaycanın digər müxtəlif təşkilat və şirkətlərində aparıcı vəzifələrdə çalışan qadınlar təmsil olunur.

 “FEMMES DİGİTALES” klubu yeni yaransa da, artıq dövlət və özəl təşkilatların aparıcı vəzifələrində çalışan qadınlar, eləcə də ölkənin İKT sahəsində karyera qurmağı hədəfləyən gənc qızlar arasında geniş populyarlıq qazanıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın