Menu
Geri İrəli

İşə qəbul olmaq istəyən müəllimlərin nəzərinə!

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Avqust 2014 • Baxış sayı: 1,072 dəfə • 1 şərh

1303241391_imtahan2014-2015-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə keçid balını toplayan, lakin vakant yer tuta bilməyən namizədlər üçün 25-29 avqust tarixlərində əlavə yerləşdirmə üzrə elektron müraciətlərin qəbulu həyata keçiriləcək. 

 “Qafqazinfo” Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, namizədlər “Şəxsi səhifə”yə daxil olaraq ixtisas üzrə 4 vakant yer seçmək hüququna malikdirlər.

Müraciətlərin qəbulu 29 avqust saat 18:00-da başa çatacaq. Proqram təminatı vasitəsilə yerləşdirmə aparılacaq və nəticələr barədə məlumat dərhal namizədlərin “Şəxsi səhifə”sinə göndəriləcək.

Əlavə yerləşdirmə nəticəsində vakant yer tutmaq hüququ qazanmış namizədlərlə sentyabrın 1-də Azərbaycan Dövlət İqtisad Universitetinin əsas binasında (Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 6 (“İçərişəhər” metrosunun yaxınlığı) müsahibə keçiriləcək.

Facebook Şərhləndirmə:

“İşə qəbul olmaq istəyən müəllimlərin nəzərinə!” yazısına bir cavab

  1. layla deyir:

    musahibenin neticesi ne vaxt bilinecek??dunen musahibedeydim..

Şərhinizi yazın