Menu
Geri İrəli

“İstək” liseyi “IB World School” status qazanıb

Müəllif: sumqayitxeber.com • Tarix: 23 May 2016 • Baxış sayı: 620 dəfə • Şərh yoxdur

ib_001Azərbaycanın milli təhsil brendi olan “İstək” liseyi rəsmi olaraq “IB World School” statusu qazanıb. IB proqramının tətbiqi ilə liseyin şagirdləri beynəlxalq standartlara cavab verən daha keyfiyyətli təhsil alacaq və onların akademik göstəriciləri bütün dünyada tanınacaq.

Proqram bir sıra xüsusiyyətlərinə görə şagirdlərə üstünlük qazandırır. IB proqramı ilə dərslər tamamilə ingilis dilində tədris olunduğu üçün şagirdlər xarici dilili daha dərindən mənimsəyir. Bununla yanaşı, IB proqramı tədqiqatyönümlüdür və proqramın tədris metodologiyası, kurikulumu dünyanın ən yaxşı təhsil təcrübələrinə əsaslanır. Bu proqramın tədrisi yalnız beynəlxalq təcrübə və sertifikata malik müəllimlər tərəfindən aparılır. Şagirdlərin akademik göstəriciləri beynəlxalq standartlara uyğun qiymətləndirilir və bütün dünyada tanınır. Proqramın tədrisi yalnız xaricdə hazırlanmış kitablar vasitəsi ilə həyata keçirilir.

Beynəlxalq arenada proqram xarici universitetlərə müsabiqəsiz qəbul olmaq üçün ən optimal vasitə hesab olunur. Proqram milli dəyərlərlə yanaşı, bəşəri dəyərlərə açıq, yaradıcı və sağlam təfəkkürə malik şagirdlərin yetişdirilməsinə imkan yaradır. Şagirdlərdə komanda ruhu, liderlik, idarəetmə kimi bacarıq və dəyərlərin üzə çıxmasına şərait yaradır.

Proqram 4 səviyyə – İbtidai Yaş Proqramı (Primary Years Programme), Orta Yaş Proqramı (Middle Years Programme), Diplom Proqramı (Diploma Programme), Karyera Proqramı (Career-related Programme) üzrə tədris olunur. Hazırda “İstək” liseyi IB Diplom Proqramını tətbiq etsə də gələcəkdə bütün səviyyələr üzrə tədrisin aparılmasını planlaşdırır.

Məlumat üçün qeyd edək ki, “İstək” liseyi milli və beynəlxalq kurikulumu birlikdə tətbiq edir. Lisey 175 ölkənin universitetlərində qəbul olunan SAT imtahanı mərkəzidir. “İstək” liseyi rəsmi olaraq “Cambridge International School” və “Cambridge English Language Assessment Authorised Centre” statusuna malikdir. Lisey tədris prosesində AP (Advanced Placement) proqramını tətbiq edir, şagirdlərinin YÖS, IELTS və TOEFL üzrə hazırlığını təşkil edir. Buna görə də liseyin şagirdləri ölkəni tərk etmədən beynəlxalq standartlara cavab verən təhsil ala bilirlər.

Hazırda liseyin I-X siniflərinin Azərbaycan, rus və ingilis dili bölmələrinə qəbul davam edir.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın