Menu
Geri İrəli

“İstək” liseyinin məktəbliləri beynəlxalq fənn olimpiadasında yüksək nəticə göstərdi – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 1 İyul 2016 • Baxış sayı: 707 dəfə • Şərh yoxdur
Share Button

4454

Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan yığma komandası  Rumıniyanın Slatina şəhərində keçirilən XIX Kiçik Balkan Riyaziyyat Olimpiadasında (XIX Junior Balkan Mathematical Olympiad) iştirak edib. Olimpiadada Azərbaycanla yanaşı  20-dən çox ölkənin şagirdləri iştirak edib.

Şagirdlərin fərdi qaydada yarışdığı olimpiadanın qaydalarına görə şagirdlərə 4,5 saat ərzində 4 sual təqdim olunub. Hər bir sualın 10 ballıq sistemlə qiymətləndirildiyi olimpiadada Azərbaycan məktəbliləri ümumilikdə 5 medal qazanıb. Şirvan “İstək” liseyinin IX sinif şagirdi Ağəli Zeynallı 2-ci yerə çıxaraq gümüş medala layiq görülüb. Xalqlar Dostluğu “İstək” liseyinin IX sinif şagirdi Anar Abbaslı, Nərimanov “İstək” liseyinin VIII sinif şagirdi Ramil Cəbiyev, Şirvan “İstək” liseyinin VIII sinif şagirdi Ramiz Vəliyev, Lənkəran “İstək” liseyinin VIII sinif şagirdi Murad Ağayev isə olimpiadanı üçüncülüklə başa vuraraq bürünc medallara layiq görülüb.

 Məlumat üçün qeyd edək ki, milli təhsil brendi olan “İstək” liseyi Azərbaycanı əksər beynəlxalq fənn və layihə olimpiadalarında təmsil edir. Liseyin şagirdləri 2014-2016-cı illərdə ABŞ, Argentina, Albaniya, Rusiya, Danimarka, Yunanıstan, Cənubi Koreya, Rumıniya, Qazaxıstan, Tayland, Hindistan kimi ölkələrdə keçirilmiş beynəlxalq fənn və layihə olimpiadalarından 69 medal qazanıb.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın