Menu
Geri İrəli

Kolleclərə ixtisas seçimi başladı

Müəllif: sumqayitxeber.com • Tarix: 2 İyul 2014 • Baxış sayı: 11,092 dəfə • 15 şərh
Share Button

tqdk_esasBu gündən ümumi orta təhsil bazasında ( 9 illik) orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi başlayıb. Bu barədə Lent.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib. Bu proses iyulun 10-dək davam edəcək. İxtisas seçimi internet vasitəsilə həyata keçirilir.

İxtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan abituriyentlər buraxılırlar. 2014-2015-ci tədris ili üçün ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar, plan yerləri və ixtisas seçimi ilə bağlı digər zəruri məlumatlar “Abituriyent” jurnalının 3-cü sayında dərc olunub. Abituriyentlər eyni zamanda elektron ixtisas seçimi ərizəsindən keçid etməklə kolleclərə qəbul aparılan ixtisasların siyahısı ilə tanış ola bilərlər.

Kolleclərə ixtisas seçimi etmək istəyən abituriyentlərə kömək məqsədilə TQDK tərəfindən bu təhsil pilləsinə 2013-cü ildə formalaşmış keçid balları “Abituriyent” jurnalının xüsusi buraxılışında nəşr olunub.

Qeyd edək ki, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərin ildən-ilə dəyişməsi nəticəsində minimal keçid ballarında müəyyən dəyişmə müşahidə olunur.

Abituriyentlər unutmamalıdırlar ki, ümumi orta təhsil bazasında ( 9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları ötən il builkindən fərqli olaraq 3 fənn üzrə aparılırdı. Bundan başqa, nəticələrin hesablanma qaydasında da ciddi dəyişikliklər edilib. Odur ki, abituriyentlər həmin buraxılışla tanış olaraq sadəcə ümumi tendensiyanı öyrənə bilər, hansı ixtisaslar üzrə daha ciddi müsabiqə vəziyyətinin yaranacağını proqnozlaşdıra bilərlər.

Facebook Şərhləndirmə:
Share Button

“Kolleclərə ixtisas seçimi başladı” yazısına 15 cavab

  1. Şəbnəm deyir:

    İxtisas secimini nece ede bilerem…yalniz abituriyent 3 jurnali vasitesile???xaish edirem basa salardizda.indiden tesekkurler.

  2. Rəsul deyir:

    2 ci ixtisas qrupunun imtahanında 105 bal toplamışam.Kollecə ixtisas seçimini hansı qaydada aparmalıyam və tibb kollecine düşə bilərəm?

  3. seyda deyir:

    salam necesiniz 3 cu ixtisas qrupu uzre 126 bal toplamisam riyaziyyat 0 di kolleclere ixtisas sec’ bil’r'm

  4. Billure deyir:

    men 2ci ixtisas qrupu uzre 186 bal toplamisam ancaq kolleclere ixtisas seciminde bu balin bir onemi olmadiqini ve yalniz buraxilis imtahanindaki balima gore sece bileceyimi oyrendim bu ne derecede dogrudur? birdeki men kecid ballarini TQDK nin hansi buraxilisindan oyrene bilerem?

  5. Billure deyir:

    men 2ci ixtisas qrupu uzre 186 bal toplamisam ancaq kolleclere ixtisas seciminde bu balin bir onemi olmadiqini ve yalniz buraxilis imtahanindaki balima gore sece bileceyimi oyrendim bu heqiqetende beledirmi? birdeki men kecid ballarini TQDK nin hansi buraxilisindan oyrene bilerem?

  6. konbul deyir:

    salam men 11 ci sinifi bitirmiwem 184 bal toplamiwam kollece nece imtahan vere bilerem zehmet olmasa mene komek ede bilersiniz

  7. aysel deyir:

    ixtisas seciminin cavablari ne vaxt cixir artiq 3 gun kecib cavablar hele yoxdu

  8. Babek deyir:

    Salam men 9-cu sinifem bu il texnikoma getmek isdiyirem sehadetname imtahani ile getmek olur yoxsa bawqa imtahanda verilir???

  9. orxan deyir:

    5 qrupun kecid balini deyerdiniz de?

  10. Arzu deyir:

    Salam. Men bu il kollece senet vermisdim. keçid balı 16 dan aşağı olmamalıydı.men 19 toplamisdim mene dedilerki 19 bal azdi o balla heç bir yere qebul ola bilmezsen artirmalisan .sizce texmini ne qeder bal yiğmaliyamki istediyim kollece qebul olum.???

  11. elvine deyir:

    salam men kollece kecid ballarini oyrenmek isteyirem. harda oyrene bilerem?

  12. Namıq deyir:

    Salam 23 balla yenı 10 ana dılı 9 rıyazıyyat ve 4 ıngılıs dılı ıle kollece duse bılerem?

  13. salam mən 31 bal yigmisam buraxılış imtahanindan yəni 11az dili 14 riyaziyyat 6rus dili kollecə dusurəmmi deyir:

    pərvin

  14. pərvin deyir:

    salam mən 31bal yığmışam buraxılış imtahanından yeni 11 az dili 14 riyaziyyat 6ruz dili kollecə düşürəmmi hər hansı ixtisasin pulsuzuna

  15. pərvin deyir:

    salam mən 31bal yığmışam buraxılış imtahanından yeni 11 az dili 14 riyaziyyat 6rus dili kollecə düşürəmmi hər hansı ixtisasin pulsuzuna

Şərhinizi yazın