Menu
Geri İrəli

Magistraturaya imtahanın nəticələri açıqlandı

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Mart 2014 • Baxış sayı: 290 dəfə • Şərh yoxdur

41836Tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə martın 2-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb.
ANS PRESS-in məlumatına görə, bakalavrlar imtahan nəticələri haqda məlumatı Komissiyanın rəsmi internet səhifəsindən və bütün mobil operatorlardan iş nömrəsini 7727-yə SMS-lə göndərməklə öyrənə bilərlər.

Hər bir bakalavr həmçinin TQDK-nın internet saytına daxil olaraq öz cavab katrlarının qrafik təsviri ilə də tanış ola biləcək.

İmtahanda iştirak etmək üçün 24560 bakalavr qeydiyyatdan keçmişdir. Onlardan 1505 nəfər imtahana gəlməmiş, 8 nəfəri isə qaydalara zidd hərəkətlərə yol verdikləri üçün imtahandan xaric olunmuşdur.
İmtahanda 23047 nəfər iştirak edib. İmtahanda ən yüksək nəticə isə 97 bal olub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın