Menu
Geri İrəli

Magistrlərin qeydiyyatı başlayır

Müəllif: sumqayitxeber.com • Tarix: 28 İyun 2016 • Baxış sayı: 203 dəfə • Şərh yoxdur

ea32341a091c6477d77b4c09a5e9c774

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olan bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı başlayır.

Qeydiyyat prosesi bu gündən başlayaraq iyulun 11-dək (şənbə və bazar günləri istisna olmaqla) davam edəcək. Magistrlər tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.

Qeyd edək ki, bu il magistraturaya qəbul üzrə müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 6336 bakalavrdan 5175 nəfəri respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub. Qəbul olanlardan 2205 nəfərini dövlət sifarişi, 2970 nəfəri isə ödənişli əsaslarla təhsil alacaqlar. Onlardan 3103 nəfəri ali təhsil müəssisələrinin cari, 2072 nəfəri isə əvvəlki illərin məzunudur. Bundan əlavə, 6 bakalavr idman sahəsi üzrə, 3 bakalavr isə incəsənət sahəsi üzrə yüksək səviyyəli beynəlxalq yarışların və müsabiqələrin qalibi olduğu üçün magistratura səviyyəsinin müvafiq ixtisaslarına müsabiqədənkənar qəbul olunub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın