Menu
Geri İrəli

Məktəbəqədər hazırlıq sitemində yenilik

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Avqust 2016 • Baxış sayı: 1,126 dəfə • Şərh yoxdur

mikayil_cabbarov_2706132016-2017-ci tədris ilindən ümumtəhsil məktəblərində 5 yaşlı uşaqların dövlət hesabına məktəbəhazırlıq təhsilinə başlanılacaq.

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, təhsil naziri Mikayıl Cabbarov “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 271 nömrəli qərarının icrası barədə” əmr imzalayıb.

Əmrə əsasən, yeni tədris ilindən məktəbəhazırlıq təhsilinə cəlb olunacaq 5 yaşlı uşaqların adlı siyahısı hazırlanacaq, ərazilər üzrə məktəbəhazırlıq təhsili təşkil ediləcək məktəblər və müəllimlər müəyyənləşdiriləcək.

Eyni zamanda, məktəbəhazırlıq qrupları yaradılacaq ümumtəhsil məktəblərində lazımi təlim şəraitinin təmin olunması istiqamətində tədbirlər görüləcək, məktəbəhazırlıq təhsilini aparacaq müəllimlər üçün təsdiq olunmuş tədris planı və proqrama uyğun öyrədici təlimlər keçiriləcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın