Menu
Geri İrəli

Məktəblər 6 günlük dərs həftəsinə keçəcəkmi?

Müəllif: sumqayitxeber.com • Tarix: 16 May 2016 • Baxış sayı: 1,121 dəfə • Şərh yoxdur

mekteb-shagirdler-dersdeÜmumtəhsil məktəblərinin əksəriyyətində dərslər həftədə 5 gün keçirilir. Məlumdur ki, son illərə qədər orta məktəblərdə dərslər həftədə 6 gün keçilib.

Dərslərin 6 gündən 5 günə salınması öncə valideynlər tərəfindən yaxşı qarşılansa da sonradan şagirdlərin çox yüklənməsi ilə bağlı şikayətlər yaranmağa başlandı.

<p”>Eyni zamanda 5 günlük dərs həftəsində dərslərin izahı üçün vaxtın az olması da qeyd olunaraq şagirdlərin yeni bilikləri o qədər də yaxşı qavramadıqları bildirilir. <p”>Məhz bu səbəblərdən irəli gələrək gələn tədris ilindən ümumtəhsil məktəblərində 5 günlük dərs həftəsinin ləğv olunacağı və 6 günlük dərs həftəsinə keçiləcəyi qeyd olunur.<p”>

Təhsil Nazirliyi isə yayılan xəbərləri təsdiq etməyib.

Belə ki, Modern.az-ın sorğusuna cavab olaraq Nazirlikdən bildirilib ki, məktəblərdə 5 günlük dərs həftəsinin ləğvi ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil. <p”>

Facebook Şərhləndirmə:

Şərhinizi yazın