Menu
Geri İrəli

Məktəblərdə qanunsuz ştatlar aşkarlandı

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Mart 2015 • Baxış sayı: 564 dəfə • Şərh yoxdur

mekteb-shagirdler-dersdeNormadan artıq saxlanılmış 702,5 ştat vahidi ləğv edilib

Maliyyə Nazirliyi təhsil sahəsində bir sıra qanun pozuntuları aşkarlayıb. Nazirlikdən Lent.az-a verilən məlumata görə, nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparlan yoxlama zamanı mövcud qanunvericiliyin tələblərinin pozulması ilə ümumtəhsil məktəblərində yaradılmış 52 sinif komplekti və məktəbdənkənar müəssisələrdə təşkil olunmuş 140 dərnək və qrup, normadan artıq saxlanılmış 702,5 ştat vahidi ləğv edilib.
Həmçinin normativ sənədlərin tələblərinə uyğun olmayan əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb. Evdə təhsilə cəlb edilmiş şagirdlərin yenidən psixoloji-tibbi-pedaqoji komissiyadan keçirilməsi nəticəsində evdə təhsilə cəlb edilmiş şagirdlərin sayı 73 nəfər azaldılıb. 107,9 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilmiş bir təşkilat üzrə yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğuna göndərilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın