Menu
Geri İrəli

Məktəblilərin tətili qısalır

Müəllif: sumqayitxeber.com • Tarix: 31 May 2014 • Baxış sayı: 894 dəfə • Şərh yoxdur
Azərbaycanda orta məktəblərdə təhsil müddəti uzadılacaq və tətillər qısaldılacaq.
 ANS-in məlumatına görə, bunu jurnalistlərə təhsil naziri Mikayıl Cabbarov söyləyib. Onun dediyinə görə, təhsil müddətinin uzadılması və tətillərin qısaldılması yeni tədris ilindən tətbiq edilməyə başlanacaq.
 «Hazırda bu istiqamətdə işlər davam etdirilir», – deyə nazir bildirib.
 M.Cabbarov dövlət proqramı çərçivəsində xaricdə təhsil almaq istəyənlər üçün sənəd qəbulu ilə bağlı da açıqlama verib. O, bildirib ki, sənədlərin qəbulu ilə bağlı bütün müraciətlər elektron formada həyata keçiriləcək.
orta-mekteb
Facebook Şərhləndirmə:

Şərhinizi yazın