Menu
Geri İrəli

Mikayıl Cabbarov “Araz” kursları ilə bağlı işçi qrupu yaratdı

Müəllif: sumqayitxeber.com • Tarix: 19 İyun 2014 • Baxış sayı: 842 dəfə • Şərh yoxdur

Mikayil Cabbarov1

“İnanırıq ki, bu uğurlarımız bundan sonra da artacaq”.

 

Təhsil Nazirliyi Araz kurslarının bağlanması ilə bağlı məlumat yayıb.

 

Oxu.Az həmin məlumatı təqdim edir:

 

“Təhsil Nazirliyi daxil olan müraciətlərə cavab olaraq bildirir ki, Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin nəzdində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin ləğv edilməsi ilə bağlı təsisçilərin qərarı bu gün Nazirliyə daxil olub.

 

Təhsil Nazirliyi təsisçilərin qanunvercilik çərçivəsində qəbul olunmuş qərarına hörmətlə yanaşır və onu şərh etmir. Qərarın qəbul olunması özəl təhsil müəssisələrinin tabe olduğu ictimai birliyin müstəsna səlahiyyətlərinə daxildir.

 

Eyni zamanda, Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin liseylərində təhsil alan şagirdlərin və çalışan pedaqoji heyətin ölkəmizin təhsil şəbəkəsində yerləşdirilməsi üçün Təhsil Nazirliyi tərəfindən işçi qrup yaradılıb və prosesin normal gedişini təmin etmək üçün hazırlıq işlərinə başlanılıb.

 

Təhsil Nazirliyi ABTK-da təhsil alanların və onların valideynlərinin diqqətinə çatdırır ki, onların sərbəst seçimi əsasında müvafiq təhsil müəssisələrində təhsillərinin davam etdirilməsi, eləcə də bu məktəblərdə çalışan pedaqoji heyətin yeni dərs ili başlayanadək müvafiq qaydada yerləşdirilməsi üçün lazımi şərait yaradılacaq. Dövlət məktəblərinin kifayət qədər şagird qəbul etməyə imkan və şəraiti vardır. Bununla bağlı heç bir narahatçılığa əsas yoxdur.

 

Azərbaycan təhsili zəngin ənənələrə, güclü maddi-texniki və pedaqoji potensiala malikdir. Ölkəmizin bir çox ümumtəhsil müəssisələri dünya miqyasında keçirilən müxtəlif yarışma və müsabiqələrdə yüksək nailiyyətlər qazanırlar. İnanırıq ki, bu uğurlarımız bundan sonra da artacaq”.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın