Menu
Geri İrəli

Mikayıl Cabbarovun qəbul günləri dəyişdirildi

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Dekabr 2013 • Baxış sayı: 1,810 dəfə • 5 şərh

mikayil Cabbarov

Nazir müavinlərinin qəbulu iki həftədə bir gün olacaq.

Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə “Təhsil Nazirliyində vətəndaşların qəbulu Qaydası” təsdiq edilib.Oxu.Az APA-ya istinadən xəbər verir ki, təhsil nazirinin imzaladığı əmrdə nazirliyin bütün şöbə və idarələrinin, ali və orta ixtisas təhsili müəssisələrinin, yerli təhsil şöbələrinin (idarələrinin) rəhbərlərinə fəaliyyətlərində bu qaydalara tam və düzgün tətbiq olunmasını təmin etmək tapşırılıb.

Eyni zamanda qeyd olunub ki, Təhsil Nazirliyinin, ali və orta ixtisas təhsili müəssisələrinin və yerli təhsil şöbələrinin vəzifəli  şəxsləri bu qaydalara əlavə ilə müəyyən olunmuş qəbul qrafikinə ciddi riayət etməlidirlər.Qaydalara əsasən, nazirin qəbulu – ayda bir gün, nazir müavinlərinin qəbulu – iki həftədə bir gün, aparat rəhbəri, şöbə müdirləri və idarə rəislərinin qəbulu – həftədə azı bir gün olacaq. Nazirliyin şöbə və idarələrinin (rəhbərlər istisna olmaqla) əməkdaşları tərəfindən vətəndaşlar hər iş günü qəbul ediləcək. Qəbul qrafiki nazirliyin qəbul otağında hər kəs üçün aydın görünən yerdə asılır, rəsmi internet səhifəsində (www.edu.gov.az) və elektron xidmət bölməsində (bundan sonra – EXB) yerləşdirilib.Vətəndaşların birbaşa qəbulunu şərtləndirən hallar istisna olmaqla, vətəndaşlar təhsil nazirinin müavinləri və aparat rəhbərinin qəbuluna müvafiq şöbə və idarə rəhbərləri, təhsil nazirinin qəbuluna isə müvafiq nazir müavini tərəfindən qəbul edildikdən sonra yazıla bilərlər.

 

www.oxu.az

 

Facebook Şərhləndirmə:

“Mikayıl Cabbarovun qəbul günləri dəyişdirildi” yazısına 5 cavab

  1. servan xanlarov deyir:

    16.02.2015 MINGECEVIRDE SIZIN QEBULUNUZA DUWMEK ISTEIREM

  2. İlqar Əliyev deyir:

    Salam,hörmətli Nazir! mən bu il müəllimlərin işə qəbulu üzrə imtahanda 40.162 bal toplayaraq müəyyən olunmuş yerlərdən heç birini tuta bilməmişəm. Mən H1 və H2 istiqamətli yerləri seçmişdim. Lakin həmin yerlərə axın çox olduğundan kənarda qalmışam. Sizdən xahişim budur ki,məni kənd məktəblərinin birinə göndərəsiniz. Mən işləmək istəyirəm. Azərbaycan dili və ədəbiyyatı tədris etmək mənim üçün ən böyük şərəf və ləyaqətdir.

  3. caresiz. deyir:

    Salam cenab nazir yevlax rayon 5sayli mekteb direktoru muellimlere 12saat dersi 200manata satir.bu ne derecede duzgundu?deyir hec kesden qorxmuram muellimleri hedeleyir.deyir gedin kime sikayet edirsiz edin.12saat ders ne vaxtdan satilir?normalda 12saat ders muellimlere verilmir?xahis edirem tedbir gorun.

  4. caresiz. deyir:

    Cenab nazir yevlax seher 10 nomreli mektebin direktoru memmedova terane muxtar qizi mektebin butun muellim ve muellimelerin adina xeyli sayda pul meblegi goturub bakiya qacib uze cixmir muellim ve muellimeler cixilmaz veziyyetde qalib.texniki iscilerin de adina xeyli meblegde pul goturub odemir.deyir pulum yoxdu.ustelik ise duzeltmek adi ile pul alib guya ise duzeldib.adi ise duzeltmekdi.pulu alib yeyib hemin adami aldadaraq pulunu geri qaytarmir.hemin adam bilmeyib direktorun firildaqci oldugunu.tehsil sobesinin xeberi olmadan ise duzeldib.xahis edirem tedbir gorun.neylesinler hemin adamlar?

  5. caresiz. deyir:

    Cenab nazir yevlax seher 10 nomreli mektebin direktoru memmedova terane muxtar qizi mektebin butun muellim ve muellimelerin adina xeyli sayda pul meblegi goturub bakiya qacib uze cixmir muellim ve muellimeler cixilmaz veziyyetde qalib.texniki iscilerin de adina xeyli meblegde pul goturub odemir.deyir pulum yoxdu.

Şərhinizi yazın