Menu
Geri İrəli

“Minimum 500 bal toplamaq lazımdır” – TQDK sədri

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Fevral 2014 • Baxış sayı: 624 dəfə • Şərh yoxdur

140128_2424

“2012-ci ildə imtahanda iştirak edən məzunların 51,75 %-i, ötən il isə 55,91 %-i ali məktəbə qəbul olub”.

 

Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.

Komissiya sədrinin sözlərinə görə, abituriyentlərin qəbul imtahanlarında topladığı orta bal 2012-ci illə müqayisədə artıb: “2012-ci ildə Bakı məzunlarının qəbul imtahanlarında topladığı orta bal 238, 911-ə, 2013-cü ildə isə 244,737-ə bərabər olub.

“Ötən ilin bu nəticəsi respublika üzrə orta göstəricidən 8,4%-dən yuxarıdır. Bakı şəhəri imtahan fənləri üzrə yüksək nəticə göstərmiş təhsil şöbələri arasında 10-cu yerdə dayanır”.

Paytaxtın Azərbaycan bölməsi abituriyentlərinin qəbul imtahanlarında topladıqları orta bal 244.737-yə bərabərdir. Bu, respublika üzrə orta göstəricidən 8.4% yuxarıdır.

M. Abbaszadə bildirib ki, 2013-cü ildə Bakının ümumtəhsil müəssisələrini 20041 şagird bitirib, onların 19456 nəfəri buraxılış imtahanında iştirak edib: “Ümumilikdə 19952 nəfər attestat alıb. Attestat alanların 84.24 %-i (16807 nəfəri) qəbul imtahanlarında iştirak edib. Qəbul imtahanlarının nəticələrinə əsasən, şəhərin 9396 məzunu (imtahanda iştirak edənlərin 55.91 %-i) tələbə adını qazanıb. Onların 34.26 %-i (3219 nəfəri) dövlət, 1.01%-i (95 nəfəri) özəl ali təhsil müəssisələrinə dövlət sifarişi üzrə, 48.49 %-i (4556 nəfəri) dövlət, 16.24%-i (1526 nəfəri) özəl ali təhsil müəssisələrinə ödənişli təhsil forması üzrə qəbul olub”.

M.Abbasazdə oğlanların təhsil almağa meylinin az olduğu bölgələri də açıqlayıb: “Zaqatala və Balakən rayonlarında oğlanların təhsil amağa meyli çox aşağıdır. TQDK sədri bölgələr üzrə qəbul imtahanlarında iştirak edənlərin sayının 55-50 faiz arasında dəyişib.

M. Abbaszadə dövlət sifarişli yerlərdə təhsil almaq iştəyənlər üçün müvafiq qrupu da açıqlayıb. Onun sözlərinə görə, üçüncü istisas qrupunda dövlət sifarişli yerlərə qəbul olmaq üçün beş yüz bal toplamaq lazımdır. “Valideyinlər bunu nəzərə almalıdırlar. Birinci qrup dövlət sifarişli yerlərə qəbul olmaq üçün münasibdir”.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın