Menu
Geri İrəli

Misirli tədqiqatçı tələbələr üçün seminar keçib

Müəllif: sumqayitxeber.com • Tarix: 30 May 2017 • Baxış sayı: 293 dəfə • Şərh yoxdur
Share Button

Misirli tədqiqatçı, Asiya problemlərinin araşdırıcısı, Siyasət və İnformasiya Tədqiqatları Dialoq Mərkəzinin Asiya Araşdırmalar sektorunun rəhbəri Əhməd Abdo Tərabik Qərb Universitetinin tələbələri üçün seminar keçib.

Qərb Universitetinin müəllimi, filologiya elmləri üzrə fəlsəfə doktoru Zabitə Teymurlu qonağı təqdim edərək “Qarabağ Misir tədqiqatçılarının gözü ilə” adlı seminarın əhəmiyyətini qeyd edib.

Misirin Azərbaycandakı Mədəniyyət Mərkəzinin rəhbəri Əhməd Sami Misirli tədqiqatçının müəlifi olduğu “Qarabağ – Qafqazda sülhə aparan yol” kitabı barədə tələbələrə məlumat verib.

Daha sonra Misirli tədqiqatçı Əhməd Abdo Tərabik Dağlıq Qarabağ münaqişəsi mövzusunda mühazirə ilə çıxış edib. 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsinin müsəlman ölkələri arasında əlaqələrin güclənməsi baxımından çox önəmli olduğunu diqqətə çatdıran jurnalist bildirib ki, islam həmrəyliyi İslam dünyasının üzləşdiyi problemlərin, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından vacibdir. “Beynəlxalq hüquq Qarabağı Azərbaycan ərazisi kimi tanıyır, ancaq Ermənistannın BMT-nin qəbul etdiyi qətnamələri yerinə yetirməməsinə qarşı faktiki heç bir tədbir görülmür” – deyə tədqiqatçı bildirib.

Sonra qonaq tələbələri maraqlandıran sualları cavablandırıb, maraqlı polemikaya görə onlara təşəkkür edib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın