Menu
Geri İrəli

Moskva məktəblərində Azərbaycandan danışıldı

Müəllif: sumqayitxeber.com sumqayitxeber.com • Tarix: 28 Noyabr 2014 • Baxış sayı: 520 dəfə • Şərh yoxdur

Rusiya məktəblərində Azərbaycan mədəniyyət günləri keçirilir

77709

Rusiyanın paytaxtı Moskva şəhərindəki məktəblərdə Azərbaycan mədəniyyət günləri keçirilir.

ANS PRESS-in Moskva müxbirinin verdiyi məlumata görə, layihə Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondu və Azərbaycan Slavyan Gəncləri Assosiasiyası Rusiya nümayəndəliyinin təşkilatçılığı, Ümumrusiya Azərbaycan Konqresinin dəstəyilə həyata keçirilir.

İlkin mərhələdə layihə üzrə təlimlər Moskva şəhərinin 2030 saylı orta məktəbində kecrilib.

Layihə çərçivəsində şagirdlərə Azərbaycan mədəniyyəti Tarixi ədəbiyyatı, Dövlət atributları, Görməli gəzməli yerləri, Coğrafiyası haqqında məlumat verilib, Rusiyada yaşayan azərbaycanlı müəllimə Səbinə Rəhimova şagirdlərə Azərbaycan dilinin zənginliyindən söhbət açıb.

Çıxışı zamanı Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun rəhbəri Şamil Tağıyev 2015 ci il 1 Avropa olimpiadasının Bakıda keçiriləcəyini bildirib. O, şagirdləri Azərbaycana dəvət edib.

Tədbirdə (ASGA) Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili də çıxış edib. O, Rusiyadakı Azərbaycan diasporundan söz açaraq, Azərbaycanın Rusiyadakı səfirliyinin Ümumrusiya Azərbaycan konqresinin gənclərə daim dəstəy olduğunu bildirib.

“Heydər Əliyev Fondunun vitse prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyeva tez-tez Rusiyanın müxtəlif bölgələrində uşaq evlərini məktəbləri ziyarət edir. Leyla xanım Əliyevanın təşəbbüsü ilə Astarxan şəhərində Ulu öndər Heydər Əliyevin adını daşıyan məktəb və uşaq bağçası yenidən tikilərək şagirdlərin istifadəsinə verilib. Biz də Azərbaycan Slavyan Gəncləri Assosiasiyası olaraq Azərbaycan və Slavyan xalqları arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlimizdən gələni edirik”, – deyə Toğrul Allahverdili bildirib.

Sonda şagirdlərə Azərbaycanın milli mətbəxinin təamları, Rus dilində Azərbaycanı təbliğ edən AMOR İRS VƏ BAKU jurnalları hədiyyə edilib.

Tədbir artıq 4 dəfədir keçrilir. Layihənin hər ay bir məktəbdə keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondu (AMİİ) və Azərbaycan Slavyan Gəncləri Assosiasiyası arasında cari ilin oktyabr ayında Azərbaycan mədəniyyətinin Rusiyada təbliğinin təşkili və birgə layihələrin reallaşdırılması ilə bağlı ikitərəfli əməkdaşlıq haqqında memorandum imzalanıb.

3ef72c9f73e9 35d9a6d19473 67a91d756b1a e176b7c7caf3

Facebook Şərhləndirmə:

Şərhinizi yazın