Menu
Geri İrəli

“Müəllim günü” xəbərdarlığı

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Oktyabr 2014 • Baxış sayı: 530 dəfə • Şərh yoxdur

dk8ej05erkblb0l1lvff6934t3tnQarşıdan gələn “Müəllim günü” ilə bağlı məktəblərdə pul yığılması məsələsi yenidən gündəmə gəlib.

ANS PRESS-in məlumatına görə, hər il oktyabr ayının ilk bazar günündə qeyd edilən, bu il 5 oktyabra təsadüf edən təhsil işçilərinin bayramın pul yığılması bu dəfə də valideylərin narazılığına səbəb olub.

Təhsil Nazirliyi bu neqativ halla sərt reaksiya verib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov sosial şəbəkədə verdiyi açıqlamasında, pul yığan müəllim və ya məktəb direktorunun dərhal vəzifəsindən azad olunacağı bildirib:

“Hörmətli dostlar! Bu günlərdə “Müəllimlər günü” ilə bağlı müxtəlif məktəblərdə pul yığılmasına dair məlumatlar dolaşır. Təhsil Nazirliyinin mövqeyi belədir ki, bununla bağlı anonim olmadan (adı ilə müraciət etməyi biz öyrənməliyik) bizim 146 saylı qaynar xəttimizə məlumat verərsə və fakt araşdırma zamanı təsdiqini taparsa, həmin müəllim və ya məktəb direktoru dərhal vəzifəsindən azad olunacaq. Təhsil həm də cəmiyyətin işidir!”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın