Menu
Geri İrəli

Müəllim işləmək istəyənlərin nəzərinə

Müəllif: sumqayitxeber.com • Tarix: 1 İyul 2014 • Baxış sayı: 487 dəfə • Şərh yoxdur

Tehsil-Nazirliyi-bina-esasİyulun 1-də Təhsil Nazirliyi tərəfindən müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbuluna başlanılıb. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib.

Təhsil nazirinin “Ümumi təhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə” 21 aprel 2014-cü il tarixli, 445 nömrəli əmrinə uyğun olaraq keçirilən müsabiqəyə 2974 vakant yer çıxarılıb.

Müsabiqəyə Bakı şəhəri üzrə 293 vakant yer təqdim edilib. Bölgələrdən isə ən çox vakant yer Lerik (236), Quba (223), Cəlilabad (165), İmişli (103) və Gədəbəy (100) rayonları üzrə müəyyənləşdirilib.

Vakant yerlərin ixtisaslar üzrə təhlili göstərir ki, kimya (379), biologiya (370), fizika (352), coğrafiya (335), riyaziyyat (225) fənləri və ibtidai siniflər (303) üzrə vakansiyalar üstünlük təşkil edir.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulu 15 iyul tarixində saat 18:00-da başa çatacaq. 16-19 iyul 2014-cü il tarixlərində imtahan qrupları formalaşdırılacaq, hər bir müsabiqə iştirakçısının “Şəxsi səhifə”sinə imtahanın vaxtı və yeri barədə məlumat göndəriləcəkdir. İmtahanlara 21 iyul 2014-cü il tarixindən başlanılması nəzərdə tutulub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın