Menu
Geri İrəli

Müəllimlər şagirdlərdən hədiyyə ala bilməyəcək – ƏMR

Müəllif: sumqayitxeber.com • Tarix: 20 May 2014 • Baxış sayı: 926 dəfə • Şərh yoxdur
Share Button

axar.az1392045622mikayilTəhsil naziri Mikayıl Cabbarov “Müəllimlərin etik davranış qaydaları”nın təsdiq edilməsi barədə əmr imzalayıb. Bu barədə Lent.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Əmrdə qeyd olunur ki, müəllim peşə fəaliyyətini yerinə yetirmək müqabilində təhsil alanlardan hər hansı maddi və qeyri-maddi nemətlər, qanunvericiliklə müəyyən edilmiş qaydada təhsil alanlara göstərdiyi əlavə təhsil xidməti (xidmətləri) müqabilində isə hədiyyə və ya pul tələb etməməlidir.

Nazirin yeni əmrinə əsasən, müəllim təhsil alanlarla münasibətdə qarşılıqlı hörmətə əsaslanan ünsiyyət tərzi seçməlidir: “Müəllim özünə və təhsil alanlara qarşı tələbkar olmalı, bu tələbkarlıq əsaslı və müsbət xarakter daşımalı, təmkinli davranmalı və hər bir vəziyyətdə özünü ələ almağı bacarmalıdır. Bundan əlavə, müəllim təhsil alanlarda müsbət keyfiyyətlərin formalaşmasına və inkişafına təkan verəcək müasir təlim texnologiyalarından və strategiyalarından istifadə etməlidir. Hər bir təhsil alanın sağlamlığını və rifahını düşünərək, onları zərərli vərdişlərdən çəkindirməli, təhsil alanların fəaliyyəti, nailiyyətləri və kompetensiyalarının qiymətləndirilməsində obyektiv və qərəzsiz olmalı, təhsil alanlarda özünə inam hissini möhkəmləndirməli, motivasiyanı yüksəltməlidir. Təhsil alanlara verilən qiymətin qərəzli şəkildə azaldılmasına və ya əsassız olaraq artırılmasına yol verməməlidir”.

Qaydalarda o da qeyd olunur ki, müəllim təhsil alanlara qarşı xeyirxah və ədalətli olmalı, onlara qarşı haqsızlığa yol verdikdə səhvini etiraf etməyi bacarmalı, onun nəticələrini aradan qaldırmağa çalışmalıdır: “Hər zaman nitqinə fikir verməli, nitqində kobud və təhqiredici sözlər işlətməməlidir. Müəllim təhsil alanlara qarşı fiziki zor işlətməməli, onların şərəf və ləyaqətini alçaldan hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməməlidir. Qanunvericilikdə müəyyən olunmuş hallar istisna olmaqla, müəllim təhsil alanlar tərəfindən ona verilən şəxsi məlumatların məxfiliyini qorumalıdır. Təhsil alanlarla münasibətdə müəllim öz vəzifə səlahiyyətlərindən sui-istifadəyə yol verməməlidir”.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın