Menu
Geri İrəli

Nazirdən direktorlara `pul cəzası`

Müəllif: sumqayitxeber.com • Tarix: 4 Sentyabr 2014 • Baxış sayı: 528 dəfə • Şərh yoxdur

mikayil_cabbarov_270613Azərbaycanda yeni tədris ilinin başlamasına sayılı günlər qalıb. Təhsil müəssisələrində yeni dərs ilinə hazırlıqlar demək olar ki, başa çatmaq üzrədir. Müəllimlər, şagirdlər səbrsizliklə 15 sentybarı – ilk dərs gününü gözləsələr də valideynləri narahat edən bir sıra məqamlar var: “təmir pulu”, “süpürgə pulu”, “bayram pulu” və s. bu kimi problemlər…

AzVision.az-a daxil olan məlumata görə, Təhsil Nazirliyi tərəfindən artıq bu istiqamətdə ciddi addımlar atılıb. Nazirlik təhsil müəssisələrində qanunsuz pul yığılmalarının yığışdırılması ilə bağlı orta məktəb direktorlarına, cavabdeh şəxslərə ciddi tapşırıqlar verib. Bildirilib ki, müxtəlif bəhanələrdə şagirdlərən pul tələb edən müəllimlər, məktəb direktorları sərt şəkildə cəzalandırılacaq.

Nazirlikdən həmçinin verilən məlumata görə, bu kimi neqativ hallarla üzləşən şagirdlər, valideynlər nazirliyin “qaynar xətt” xidmətinə şikayətlərini bildirə bilərlər. Bundan sonra nazirlik şikayətləri araşdırıb lazımı tədbirlər görəcək.

Bu barədə təhsil naziri Mikayıl Cabbarovun xüsusi göstərişi var. Bildirilir ki, pul yığılması məsələsi bir başa nazirin nəzarətindədir.
M.Cabbarov mətbuata açıqılamasında bu kimi neqativ halların qarşısının alındığını diqqətə çatdırıb.

“Neqativ halların qarşısının alınması məqsədilə tədbirlər gücləndirilib. Biz ümumi təhsil müəssisələrində “təmir pulu”, “bayram pulu” anlayışları adı altında pul yığımlarının qarşısını aldıq və ya minimuma endirdik. Təsərrüfat ehtiyaclarının ödənilməsi üçün məktəblərə aylıq maliyyə vəsaiti ayırdıq. Onlarla məktəb təmir olundu”-deyə nazir vurğulayıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın