Menu
Geri İrəli

Nazirin hesabatı: “Müəllimlərin sayı azaldılıb”

Müəllif: sumqayitxeber.com • Tarix: 12 İyun 2014 • Baxış sayı: 475 dəfə • Şərh yoxdur

Mikayil26913

“Əsas məqsədimiz təhsildə uzun müddətli fundamental nəticələrə nail olmaqdır. Qısa müddətli nəticələrin olması da çox vacibdir. Bizim məqsədlərimiz Təhsil strategiyasında öz əksini tapıb”. 

AzVision.az xəbər verir ki, bu fikirləri təhsil naziri Mikayıl Cabbarov 2013-2014-cü tədris ilinin nəticələrinə dair bu gün keçirilən mətbuat konfrasında bildirib.

O, çıxışında müəllimlərin bilik səviyyəsinin, peşəkarlığının artırılmasından, sınaq qiymətləndirilməsindən söz açıb.

Nazir qeyd edib ki, istənilən müəllim və eləcə də fənn müəllimləri barəsində qəbul edilən qərarlar onların peşəkarlığının artırılmasına, dərs yükünün normallaşdırılmasına yönəlib:

“İlk növbədə əsas məqsəd tədrisin bütün pillələrində təhsil mühitinin sağlamlaşdırılmasıdır. Burada əsas məqsəd təhsilə yanaşmaqdır. Bu gün təhsildə əsas bilik meyarıdır. Sistemdə fəaliyyət göstərən müəllimləri dırnaq arası tanımamalıyıq. Onların bilik səviyyəsinə, peşəkarlığına bələd olmalıyıq. Sınaq qiymətləndirməsi əvvəl Bakı şəhərində, sonra bütün regionlarda aparılacaq. Müəllim hazırlığıda əsas diqqəti onların sayına yox, hazırlıq səviyyələrinin artırılmasına yölətmişik. Ona görə də müəllimlərin sayı azaldılıb”.

M.Cabbarov vurğulayıb ki, növbəti mərhələdə müəllim hazırlığı ilə məşğul olan ali təhsil müəssisələrinin, tədris mexanizmində dəyişikliklər olacaq.

“Məzmunun optimallaşdırılması istiqamətində bir çox işlər görülüb. Müəllimlərin işə qəbulunda və iş yerlərinin dəyişdirilməsi prosesi elektonlaşdırılıb. Burada əsas diqqət şəffaflığa yönəlib. Dərsliklərin hazırlanmasında köklü dəyişikliyə ehtiyac duyulur”.

Nazir həmçinin vurğulayıb ki, müəllimlərin ilk növbədə, potensialının tam istifadə edilməsi üçün təhsilin keyfiyyətinin təkmilləşdirilməsi vacibdir və bu istiqamətdə tədbirlər görülür:

“Bu günlərdə Sınaq Qiymətləndirilməsi də keçirilir. Müəllim hazırlığında əsas diqqət cəmi bir neçə ixtisaslaşmış pedaqoji məktəblərdə qorunub saxlanılıb. Növbəti keyfiyyət məzmundan, yanaşamlardan ibarət olacaq. Bu addımlar təhsilin keyfiyyətinin artmasına təsir edəcək. Müəllimlərini işə qəbulu, iş yerlərinin dəyişdirilməsi, dərs yükünün optimallaşdırılıması istiqamətində islahatlar həyata keçirilib. Bu sahədə şəffaflığın təmin olunması üçün elektonlaşdırılma aparılıb. Bu da şəffalıq üçün imkanlarımızı genişləndirib. Təhsil sisteminin bütün pillələrində maddi-texniki bazanın təkmilləşdirilməsi işləri həyata keçirilib”.

M.Cabbarov İdarəetmə sistemində dəyişikliklər olduğunu vurğulayıb: “Kadr dəyişiklikləri olub. Ali, orta ixtisas təhsil sistemində tələbkarlıq, təhsil müəssisəsinin əmək bazarında rolu idarəedənlərin nəzərinə çatdırılıb. Gələcək məktəb direktorlarının tədris kursları başa çatıb. Həmin imtahanı vermiş direktorların gələcək fəaliyyətində yeni yanaşmaların şahidi olacağıq. Ali təhsil sistemində baş verən kadr islahatlarından da xəbərdarsınız. Dərsliklərin hazırlanması prosesində bir sıra dəyişikliklər baş verib. Dərsliklərin qiymətləndirilməsi keyfiyyətinin yaxşılaşdırılması üçün müvafiq addımlar atılıb. İlk dəfə olaraq dərsliklərin qiymətləndirilməsini Dərsliklərin Qiymətləndirmə Şurası ilə yanaşı, ali təhsil müəssisələrinin ixtisaslaşmış kafedralarının müəllimləri, TQDK-nın ekspertlərini dəvət etmişdik”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın