Menu
Geri İrəli

Nazirlikdən təkzib: Özəl ali məktəblər bağlanmayacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 10 İyul 2014 • Baxış sayı: 644 dəfə • Şərh yoxdur
Share Button

tehsil nazirliyi 250614Təhsil Naziri Mikayıl Cabbarovun qərarı ilə Azərbaycan İctimai Siyasi Universitetdən sonra daha bir neçə ali məktəbin fəaliyyətinin dayandırılacağı haqda məlumatlar yayılıb. 

Bu iddialarla bağlı Təhsil Nazirliyi AzVision.az-ın sorğusuna rəsmi cavab verib.

Nazirlik özəl ali məktəblərin bağlanması xəbərini təkzib edərək bu məlumatların həqiqətə uyğun olmadığını, adıçəkilən özəl ali təhsil müəssisələrdə yoxlamaların aparılmadığını açıqlayıb.

Qeyd edək ki, yerli mətbuatda yayılan xəbərlərə görə, Bakı Biznes Universiteti, Asiya və Təfəkkür Universitetlərində Təhsil Nazirliyi tərəfindən yoxlamalar aparılıb və bu universitetlərin bağlanması gözlənilir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın