Menu
Geri İrəli

“O müəllimlərin maaşı artırılmayacaq”

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Sentyabr 2014 • Baxış sayı: 976 dəfə • Şərh yoxdur
Share Button

51688 391206

Hazırda Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilir. 

“Qafqazinfo”nun tədbirdə iştirak edən əməkdaşının verdiyi məlumata görə, konfransda təhsil naziri Mikayıl Cabbarov, Bakı şəhəri üzrə təhsil idarəsinin müdir əvəzi Elnur Əliyev çıxış edib.

 

E.Əliyev tədbir iştirakçılarına 2014-cü il üzrə hesabatı təqdim edib, görülən işlər haqda məlumat verib.

 

Konfransda 3-dən çox məzunu qızıl medal alan 10 məktəbin direktoru təhsil nazirliyinin fəxri fərmanı ilə təltif edilib. Sonra tədbir iştirakçıları adından ölkə prezidentinə müraciət qəbul edilib.

 

***

 

Tədbirdə 193 saylı orta məktəbin direktoru Rəhim Hüseynov çıxış edib.

 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, direktor Təhsil Nazirliyinin cari tədris ilində gördüyü işlərdən danışıb və bunu yüksək qiymətləndirib: “Texniki təchizatla bağlı hər şey öz yerindədi. Mənə 4 noutbuk verilmişdi, sonra zəng edib dəqiqləşdirdilər. Elə bildim deyəcəklər ki, çox vermişik geri qaytarın. Amma əksində dedilər ki,  əlavə lazım olsa deyin gətirək. Birinci dəfədir mən belə şeylə rastlaşırdım ki, əlavə nəsə vermək istəyirlər.

 

Biz 7 ildir kurikulum sisteminə keçmişik. Amma müəllimlər hələ də kurikulumun nə olduğunu anlamır. Sinifdə stolları dairəvi birləşdirməklə, dərsin ortasında tarixdən, coğrafiyadan danışmaqla, dərsin ortasında mahnı oxumaqla kurikulum keçdiklərini düşünürlər. Kurikulumu şagirdlər müəllimlərdən və valideynlərdən daha yaxşı anlayırlar”.

 

***

 

Tədbirdə təhsil naziri Mikayıl Cabbarov çıxış edərək ölkə rəhbərliyinin cəmiyyətdəki sabitlik və təhsilin inkişafı üçün atdığı addımları yüksək qiymətləndirdiyini deyib.

 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, nazir bildirib ki, yaxın vaxtlarda paytaxt müəllimlərinin dərs saatı və əmək haqqısı artırılacaq. Bu addım bölgə məktəbləri üçün atılmayacaq: “Bakı şəhərində yerləşən məktəblər lokomotiv funskiyasını yerinə yetirir. Müəllimlərin sınaq qiymətləndirilməsində 14% aşağı, 18% yüksək, 68% müəllimlər isə orta nəticə göstərib. Bəzi müəllimlərin dərs yükü azdır. Belə olanda halda dərs saatına uyğun  əmək haqqının artırılması ciddi nəticə verməzdi. Biz öncə dərs yükünü optimallaşdırmalıyıq, sonra əmək haqları artırılacaq. Sınaq qiymətləndirmələri keçirdik. Bakı şəhərində yerləşən sınaq qiymətləndirilməsi imtahanından keçən müəllimlərin əmək haqlarının artırılması nəzərdə tutulub. Sınaq qiymətləndirilməsində iştirak etmədiyi üçün bölgələrdə yerləşən məktəblərin müəllimlərinin əmək haqqı artırılmayacaq. Biz nəzərdə tuturuq ki, növbəti dövrdə bölgələrdə sınaq qiymətləndirilməsi keçirilsin. Bundan sonra qiymətləndirməyə uyğun olaraq dərs saatı və hər saatın maddi dəyəri artırılacaq”.

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın