Menu
Geri İrəli

Orta məktəb dərsliyində daha bir səhv – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Oktyabr 2017 • Baxış sayı: 429 dəfə • Şərh yoxdur
Share Button

1509040210_derslik1Orta məktəblər üçün 5-ci sinif ingilis dili kitabında kobud səhvlərə yol verilib.

sumqayitxeber.com Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə blogger Vyaçeslav Sapunov öz Facebook səhifəsində yazıb.

Blogger “Şərq-Qərb” nəşriyyat evi tərəfindən buraxılan dərsliyin 32-ci səhifəsində yerləşdirilən xəritədə kobud coğrafi səhvlər aşkarlayıb.

Belə ki, xəritədə Böyük Britaniyanın paytaxtı Londonun yeri səhv göstərilib, İtaliyanın paytaxtı Roma isə Rumıniya və Ukrayna kimi ölkələrin üzərindən yazılıb. Bundan əlavə, Hudzon çayı və Kambocanın adı səhv verilib, Antarktida və Kanadanın şimalı isə ümumiyyətlə xəritədən kəsilib.

Kitabın müəllifləri Nərminə Əliyeva, Gülşən Hüseynova və Rafiq Əliyevdir.

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın