Menu
Geri İrəli

Qanunda ŞOK dəyişiklik – Ali məktəblərə qəbul imtahansız olacaq – YENİLƏNİB

Müəllif: sumqayitxeber.com • Tarix: 8 İyun 2017 • Baxış sayı: 728 dəfə • Şərh yoxdur
Share Button

imtahan_055Milli Məclisin Elm və təhsil komitəsində “Təhsil haqqında” qanunda dəyişikliklər edilməsi barədə layihə müzakirəyə çıxarılıb.

Milli.Az xəbər verir ki, Milli Məclisin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, layihə ölkənin ali təhsil sistemində bakalavriat səviyyəsində bir illik ödənişli hazırlıq qruplarının təşkilini nəzərdə tutur. Məqsəd ölkədə ali məktəblərə qəbul oluna bilməyən gənclərin xaricə axınının qarşısını almaq və bilik səviyyəsinin artırılmasına yardım etməkdir.

Layihəyə əsasən, hazırlıq qruplarında tədrisin sonunda keçirilən buraxılış imtahanlarında müvəffəqiyyət qazanan tələbələr ali təhsil müəssisələrinin birinci kursuna qəbul olunacaqlar. Müzakirə zamanı deputatlar rəy və təkliflərini diqqətə çatdırıblar. Yekunda “Təhsil haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın