Menu
Geri İrəli

Qərb Universitetində “Nitq, ünsiyyət və təqdimat bacarıqları” mövzusunda təlim keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 10 Mart 2017 • Baxış sayı: 314 dəfə • Şərh yoxdur

Qərb Universiteti tələbələrinin fərdi inkişafı, dünyagörüşü, bilik və bacarıqlarının yüksəlməsi üçün ardıcıl olaraq layihələr, tədbirlər həyata keçirir.

Eyni zamanda mütəmadi olaraq universitetdə yerli və xarici peşəkar təlimçilərin iştirakı ilə seminar və treyninqlər təşkil edilir. 10.03.2017-ci il tarixində universitetdə növbəti belə təlim baş tutub. “Nitq, ünsiyyət və təqdimat bacarıqları” mövzusunda keçirilən təlimi Təhsil Nazirliyi nəzdində Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun və “Natiqlik məktəbi”nin təlimçisi Tofiq Sadıxov aparıb.

İnteraktiv formada keçən təlimdə təsirli nitqin hazırlanması və auditoriya qarşısında çıxış zamanı nəzərə alınmalı olan məqamlar, nəzəri və praktik biliklər çatdırılıb, müxtəlif simulyasiyalar icra edilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın