Menu
Geri İrəli

Qızı ilə hazırlaşıb tələbə adını qazanan 48 yaşlı ata – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Sentyabr 2017 • Baxış sayı: 212 dəfə • Şərh yoxdur

580218Quba rayonu Əsparəsti kənd sakini Əfsəl Qazıyev 48 yaşında tələbə adını qazandı.

Sumqayitxeber.com ARB 24-ə istinadla xəbər verir ki, cari tədris ilinin ən yaşlı abuturiyyenti hesab olunan Əfsəl Qazıyev uşaqlıqdan arzusunda olduğu Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinə ekologiya ixtisası üzrə qəbul olub.

1989-cu ildə o vaxt ki, Quba Sovxoz texnikumunu bitirən kənd sakini daim ali təhsil almaq arzusunda olub. 2 dəfə ali məktəbə qəbul olmaq üçün sənəd versə də bu cəhdləri uğursuz olub. Buna baxmadan o, həvəsdən düşmədən çalışıb və illər sonra məqsədinə nail olub.

Əfsəl Qazıyev – 48 yaşlı tələbə: “Əsas insanda iradədir. Arzuya, amala çatmaq üçün insan qarşısına məqsəd qoydusa, ona mütləq çatacaq. 25 yaşında çatan oğlan uşağı, qız uşağı fərqi yoxdur. Mən dedim onlara bir yol açaram, məndən cavanlar da ali məktəbə qəbul olarlar”.

Əfsəl Qazıyev bildirir ki, ali məktəbə sənəd verərkən bunu yalnız ailəsi ilə bölüşüb və yaxınları onun qərarını dəstəkləyib. 4-cü ixtisas qrupu üzrə ilk imtahandan 157 bal toplayan abuturiyyent, 2-ci imtahandan 198 bal toplayaraq arzuladığı fakültəyə dövlət sifarişi ilə qəbul olub. 4 övlad atası olan Əfsəl Qazıyev qəbul imtahanlarına repetitor yanına getmədən, 10-cu sinifdə oxuyan qızı, Srıköynəklə birlikdə hazırlaşıb.

Əfsəl Qazıyev Dövlət Aqrar Universitetində təhsil almaq üçün lazım olan bütün sənədləri toplayıb və ali tədris ocağında qeydiyyatdan keçib. Sentyabrın 15-dən etibarən, Gəncə şəhərində tələbələr üçün ayrılan yataqxanada qalaraq təhsilini davam etdirəcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın