Menu
Geri İrəli

Rektorların hamısı əvəzlənəcək – Şərh

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Mart 2014 • Baxış sayı: 368 dəfə • Şərh yoxdur

“Azərbaycanda təhsil sahəsində ciddi kadr islahatları aparılacaq. Universitet rektorlarının bir çoxu əvəzlənəcək”.

Bu sözləri “Axar.az”a açıqlamasında adının çəkilməsini istəməyən təhsil eksperti bildirdi. O qeyd etdi ki, təhsil sahəsində islahatlar əslində çoxdan başlayıb:   “Bu islahatlar Mikayıl Cabbarovun nazir gətirilməsi ilə başladı. İndi isə növbə rektorlarındır. Slavyan Universitetinin rektoru Kamal Abdulla və İqtisad Universitetinin rektorunu vəzifədən çıxarıldı. Vəzifəsindən çıxarılacaq növbəti rektorlar daha böyük universitetlərin rəhbərləri olacaq. Rektorla bərabər bir sıra aparıcı prorektorlar da vəzifədən gedəcək”.

Ekspert rektorların vəzifədən çıxarılandan sonra hara göndəriləcəklərindən də danışdı:   “Kamal Abdullanın daha yuxarı vəzifəyə – Dövlət müşaviri vəzifəsinə təyin edilməsi onun şəxsi hörməti ilə bağlıdır. Bu o demək deyil ki, çıxarılan rektorların hamısına bu cür vəzifələr veriləcək”.

mikayil-cabbarov-t

Facebook Şərhləndirmə:

Şərhinizi yazın