Menu
Geri İrəli

Sabah növbəti buraxılış imtahanıdır

Müəllif: sumqayitxeber.com • Tarix: 23 İyun 2014 • Baxış sayı: 414 dəfə • Şərh yoxdur

imtahan-esas

Sabah Tələbə Qəbulu üzrə Dövlət Komissiyası növbəti buraxılış imtahanı keçirəcək. TQDK-nıpn mətbuat xidmətindən lent.az-a verilən xəbərə görə, buraxılış imtahanı Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala və Mingəçevirdə keçiriləcək.

 

Şagirdlərə “İmtahana buraxılış vərəqə”si onların təhsil aldıqları orta ümumtəhsil müəssisələri tərəfindən də çap edilərək təqdim oluna bilər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır. 

 

Həmin gün Gəncədə 3009, Mingəçevirdə 1111, Daşkəsəndə 358, Göygöldə 874, Samuxda 726, Naftalanda 59, Goranboyda 1501, Şəmkirdə 2643, Gədəbəydə 1005, Ağstafada 988, Qazaxda 1069, Tovuzda 2166, Şəki 2170, Balakən 936, Qaxda 693, Qəbələdə 1647, Oğuzda 637, Zaqatalada 1383 nəfər 9-cu sinif şagirdi imtahan verəcək.

11-ci siniflərin buraxılış imtahanına gəlincə, sabah Gəncədə 2060, Mingəçevirdə 857, Daşkəsəndə 260, Göygöldə 737, Samuxda 483, Naftalanda 44, Goranboyda 1132, Şəmkirdə 2136, Gədəbəydə 753, Ağstafada 791, Qazaxda 879, Tovuzda 1571, Şəki 1737, Balakən 611, Qaxda 542, Qəbələdə 1383, Oğuzda 488, Zaqatalada 1096 nəfər 11-ci sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.

 

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın