Menu
Geri İrəli

Şəmkirdəki qalmaqallı direktor işdən qovuldu

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Yanvar 2017 • Baxış sayı: 465 dəfə • Şərh yoxdur

tehsilnazirliyiŞəmkir rayonunun Seyfəli kənd tam orta məktəbi ilə bağlı bir sıra kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlarla əlaqədar Təhsil Nazirliyi tərəfindən aparılan araşdırma başa çatıb.

Rayon Təhsil Şöbəsindən Lent.az-a verilən məlumata görə, araşdırmanın nəticəsi olaraq Şəmkir rayon Seyfəli kənd tam orta məktəbinin direktoru Akif Namazov işində yol verdiyi nöqsana görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq tutduğu vəzifədən azad edilib.

Yoxlama zamanı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın