Menu
Geri İrəli

“Son zəng” xəbərdarlığı

Müəllif: sumqayitxeber.com • Tarix: 26 May 2014 • Baxış sayı: 427 dəfə • Şərh yoxdur


“Son zəng” günü Bakının bütün orta məktəbləri polis nəzarətində olacaq.

ANS PRESS-in məlumatına görə, bu barədə APA-ya açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) rəis müavini, polis general-mayoru Səhlab Bağırov məlumat verib.

S. Bağırov bildirib ki, son zənglə əlaqədar mayın 30-31-də BŞBPİ-in polis qarnizonu gücləndirilmiş iş rejimində çalışacaq.

Paytaxtda fəaliyyət göstərən bütün məktəblər polisin nəzarətinə götürüləcək, orta məktəblərin yerləşdiyi ərazilərdə polis naryadlarının sayı artırılacaq və “Son zəng”lə bağlı tədbirlərin məktəblərin ərazisindən kənarda keçirilməsinə imkan verilməyəcək.

S. Bağırov “Son zəng” günü paytaxtda təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təşkil olunacağını, ictimai asayişin tam təmin ediləcəyini bəyan edib.

Son zeng 300512

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın